Interposta.Info

Kabildə dəhşətli terror:

Dünya
 30-04-2018, 17:57     10 379

Bu gün Əfqanıstanın paytaxtı Kabildə törədilən 2 partlayışda 9 media nümayəndəsi dünyasını dəyişib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD üzvü olan kamikadzelər iki dövlət qurumunun qarşısında partlayış törədiblər.

Onlardan biri jurnalistlərin olduğu yerdə özünü partladıb. Belə ki, terakt nəticəsində "Mashal TV"nin 2 üzvü, "Azadlıq Radiosu"nun Əfqanıstan şöbəsinin 3 jurnalisti, "TOLOnews" kanalının operatoru, "1TV"-nin operator və jurnalisti, həmçinin "France-Presse" Agentliyinin fotoqrafı Şah Maray dünyasını dəyişib.

Hücumlarda ümumilikdə 29 nəfər ölüb, 49 nəfər isə yaralanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26