Putinin məşuqələri harada istirahət edir? - “Kleptokratiya”- oğru hakimiyyət necə olur?
"XeberBiz" Moderator.az-a istinadən Rusyev.net nəşrində dərc olunan maraqlı yazını tərcümə edərək oxucularına təqdim edir.
“Fransanın Monako knyazlığına yaxın Aralıq dənizi boyu uzanan “Lacivərd sahil” adlanan yerdə dəyəri xeyli bahalı olan villalar var. Ən bahalı villaya gedən yol isə olduqca gözəl və təravətlidir. Bura əvəllər bir Afrika diktatorunun yay rezidensiyası olub, sonra bir neçə sahibi dəyişib və indi Putinin məşuqəsinin( və ya məşuqələrinin) məxvi rezidensiyasıdır.
“Villa del Mare” malikanəsi Lacivərd sahilin həqiqi mirvarisidir. Rokebryun-Kap-Marten şəhərciyində yerləşir. 80-ci illərdə villanı Zairin dəyişməz prezidenti diktator Mobutu onu almışdı. Amma, hansı diktatora villalar sonadək nəsib olub ki, Mobutuya da olsun.
Bu, dünyada ən bahalı villalardan biridir. Əsas ev 1600 kv. metr, üstəgəl 800 kv.m qonaq evi, üç hovuz, 3 hektar bağ . Hər biri ən yüksək dərəcədə qurulub. Şəxsi helikopter meydançası da var.
1997-ci ildə Mobutu devriləndə yeni hakimiyyətin tələbi ilə villanın üstünə həbs qoyuldu. Sonra həbs götürüldü və vilanı keçmiş Moskva meri Lujkovun dostu Şavva Çigirinski 230 milyon avroya aldı. Villanın adını dəyişib- “ Villa Mariya-İrina” qoydu. 2010-cu ildə “Qazpromneft”in uşaqları borca görə villanı onunsahibinin əlindən aldılar. Əlbəttə, ona görə yox ki, neftçilər bura həmkarların göndərişi ilə istirahətə gələcəklər. Villanı anonim ofşor hesaba keçirdilər və 2012-ci ildən villa xanım Kabayevanın istirahətinə xidmət edir.
“Kleptokratiya” termini (oğruların hakimiyyəti) 1819-cu ildə meydana gəlib. Müəllifi ingilis şairi və ədəbi tənqidçi Li Xantdır.O bir kiçik məqalə yazıb” Qədim və müasir oğrular”. Burda Avropa ədəbiyyatındakı bütün julik və oğru obrazlar haqqında danışılır. Sadəcə mətni bəzəmək üçün bu termini əlavə edir. Məqalədə siyasət, korrupsiya haqqında heç nə yoxdur. Sadəcə ədəbi tənqid.
Xant tərəfindən yazılan bu sözü unutdular və bir də 150 ildən sonra Afrikada köhnə müstəmləkələr bir-birinin ardınca müstəqillik qazananda xatırladılar. 1960-cı illərdə də Zair adlanan yerdə 30 illiyinə Jozef Mobutunun diktator rejimi quruldu.
Daha doğrusu, hakimiyyətə gələnə kimi o Jozef-Dezire Mobutu idi. Sonra o əmr etdi ki, onu belə çağırsınlar: - Mobutu-Sese-Seko-Kuku-Nbenqu—Va-Za-Banqa. Mənası təxminən belədir: “ Qələbədən qələbəyə gedən və özündən sonra atəş saxlayan böyük döyüşçü Mobutu”
Həqiqətən, sözün əsil mənasında ofşordan-ofşora qaçan, qabağına çıxanı oğurlayan “böyük döyüşçü Mobutu”. Elə bundan sonra “kleptokratiya” termini bir də yada düşdü, bu dəfə dövlət quruluşu forması kimi.
Hakimiyyəti illərində 5 milyard dollar oğurladı.Ölkəsinin iki illik ÜDM-i qədər.
O, oğurladığı ölkə BMT-nin siyahısında dünyanın ən kasıb ölkəsi sayılırdı. Ölkədənhər gün çıxan xammalın kasıb əhaliyə heç dəxli olmadı.
Bu vaxtlarda o pullarını İsveçrə banklarında saxlayırdı. Onun Zairin daxilində 11 saray iqamətgahı olub, 30 dan çox da xarici ölkələrdə.
1997-də Mobutu devrildi. Xaricdəki pullar isə nə özünə, nə də Zairə qismət olmadı. Ofşorun da belə sonu var.
Rusiya diktatoru Putin də Gelencikdə 68 hektar ərazisi olan Praskoveyevka kəndində , dəniz sahilində dəyəri 1 milyard dollar olan bir qəsr tikdirib.
Tikintiyə Putinə yaxın olan Sergey Kolesnikov rəhbərlik edib. 2010-cu ildə o Qərbə qaçdı və hamıya danışdı ki, bu qəsr hansı pullara tikilib. Tibbə ayrılan büdcə pullarından gələn atkatların hesabına. Sahib bura bir neçə dəfə gəlir, əsasən helikopterlə, bəzən də yaxta ilə.
Qalan vaxtlarda isə burda ya Kabayeva, ya da Putinin başqa tanış xanımları istirahət edir. Yaxtanı Putinə Abramoviç bağışlayıb. Qiyməti 50 milyon dollardır. Yaxta da ofşor bölgəyə qeyd olunub. Honduras yaxınlığında Kayman adalarındakı ofşorda.
Bütün bunlar hamısı KLEPTOKRATİYA adlanır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26