Interposta.Info

Bakıda satışa çıxarılan ən bahalı 5 villa -

Ölkə
 15-05-2017, 07:26     2 377

Bakıda və ölkəmizin müxtəlif bölgələrində bahalı evlər, villalar mütəmadi olaraq satışa çıxarılır. "XeberBiz" bina.az saytında satışa çıxarılmış ən bahalı 5 villanı təqdim edir.

8 mikrorayonda yerləşən bu villanın 5 yataq otağı, 2 bilyard zalı, saunası, hovuzu, qrajı, manqalı, təndirxanası və meyvə bağı var. Aprelin 17-də satışa çıxarılmış villaya 5 milyon 800 min manat qiymət qoyulub.
Bakıda satışa çıxarılan ən bahalı 5 villa -
Bakıda satışa çıxarılan ən bahalı 5 villa -




Suvalanda "Mayak Beach"in yaxınlığında yerləşən 3 mərtəbəli dəniz mənzərəli lüks villa fərdi arxitektur layihı əsasında insa edilib, estetik cəhətdən cəlbedicidir, modern elementləri ilə zəngin klassik üslubda daxili bəzək işləmələri və dizaynı var, xaricdən gətirilmiş ekskluziv mebellər və ipək xalçalarla bəzədilib. Qiyməti 5 milyon 650 min manat olan villa aprelin 19-da satışa çıxarılsa da, hələ satılmayıb.
Bakıda satışa çıxarılan ən bahalı 5 villa -
Bakıda satışa çıxarılan ən bahalı 5 villa -




Yasamal rayonundakı bu villanın qiyməti 5 milyon 500 min manatdır. 20 otaqdan ibarət olan ev mayın 10-da satışa çıxarılıb. Evə Həsən Əliyev küçəsi və Tiflis prospekti tərəfdən giriş var.
Bakıda satışa çıxarılan ən bahalı 5 villa -
Bakıda satışa çıxarılan ən bahalı 5 villa -




"Milyonerlər məhəlləsi"ndəki bu villanın layihəsini xüsusi landşaft mütəxəssisi işləyib, 20 sotun içində tikilib ev 1500 kvadratdir. Bahalı və ekzotik ağaclar, bitkilər, manqalxana, hovuz, cakuzzi, trenajor zalı, 2 növ sauna var. 5 milyon manat qiymət qoyulan villa mayın 9-dan satışa çıxarılıb.
Bakıda satışa çıxarılan ən bahalı 5 villa -
Bakıda satışa çıxarılan ən bahalı 5 villa -




Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən 58 mərtəbəli villada 7 yataq otağı, 1 ofis, 1 ev teatırı bilyard otağı, 3 növ sauana, hovuz var. Villa bahalı italyan mebeli ilə təchiz olunub. Dəyəri 4 milyon 990 min manat olan villa mayın 1-dən satışdadır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26