Interposta.Info

Bakıda villa 2,5 milyona satışa çıxarıldı - Foto

Ölkə
 14-11-2017, 07:29     9 758

Bakıda dörd mərtəbəli, içində idman zalı, hovuzu olan villa fantastik qiymətə satışa çıxarılıb.

Kult.az xəbər verir ki, şəhərin Badamdar qəsəbəsində yerləşən villa 10 sot torpaq sahəsinin içində tikilib, sahəsi 800 kvadratmetrdir. Villanın 5 yataq otağı, 3 mətbəxi, 1 manqal otağı, 6 hamam-tualet və 1 saunası var. Villanın 5 metr hündürlüyündə olan qonaq otağının ümumi sahəsi 100 kvadratmetrə çatır.

Bundan başqa, villanın 15 metrlik üzgüçülük hovuzu, idman qurğuları, bilyard və tennis masaları ilə təchiz edilmiş idman zalı, ayrıca idman meydançası da var. 24 saat mühafizə edilən villa 2 milyon 550 min manata satılır.

interposta.info

Bakıda villa 2,5 milyona satışa çıxarıldı - Foto
Bakıda villa 2,5 milyona satışa çıxarıldı - Foto
Bakıda villa 2,5 milyona satışa çıxarıldı - Foto
Bakıda villa 2,5 milyona satışa çıxarıldı - Foto
Bakıda villa 2,5 milyona satışa çıxarıldı - Foto
Bakıda villa 2,5 milyona satışa çıxarıldı - Foto
Bakıda villa 2,5 milyona satışa çıxarıldı - Foto
Bakıda villa 2,5 milyona satışa çıxarıldı - Foto

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26