Interposta.Info

Tağıyevin villası rekord qiymətə satışa çıxarıldı

Ölkə
 5-12-2019, 14:40     434

Azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərindəki Böyükadada yerləşən tarixi villası satışa çıxarılıb.

Rekord məbləğ-17 milyon lirə dəyərləndirilən 300 illik malikanəyə xeyli müştəri çıxıb.

Bildirilib ki, malikanənin yerləşdiyi İstanbul boğazında bənzərsiz gözəlliyi ilə diqqət çəkən tarixi binalar çoxdur. Artıq xeyli müddətdir ki, həm yerli, həm də əcnəbi zənginlər burada villa axtarışındadırlar. Olduqca yüksək satış qiymətləri olan bu malikanələrdən sonuncu satışa çıxarılanı Hacı Zeynalabdin Tağıyevə məxsusdur.

Birinci dərəcəli tarixi abidə sayılan malikanə Osmanlı dövründə tikilib, sonra isə azərbaycanlı iş adamı Hacı Zeynalabdin Tağıyev tərəfindən alınıb. Villa ilin müəyyən aylarında messenatın nəticələri tərəfindən istifadə edilir. Ərazisi 2 miin 400 kvadratmetrdir. 5 otaq və 2 salondan ibarətdir./virtualaz.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26