Interposta.Info

Ölkənin ən bahalı

Ölkə
 18-01-2017, 09:13     644

 Ölkənin ən bahalı
Bu ev ölkədəki orta statistik evlərdən 900 dəfə bahadır

Rusiyanın ən bahalı evinin qiyməti açıqlanıb.

interposta.info bildirir ki, "Sputnik" "Mirkvartir"ə istinadla xəbərinə görə, Rusiyada ən bahalı ev 4,8 milyard rubla (80 milyon 810 min dollar) satılır.

"MirKvartir"in bazasına daxil olan ən bahalı evin qiyməti Moskva ətrafındakı "Skolkovo" elit qəsəbəsində yerləşir" - portalın mətbuat xidməti bildirib.

Klassik üslubda olan bu iqamətgahın yaşayış sahəsi 2,57 min kvadratmetrdir. O, 2,3 hektar sahədə tikilib. Evdə qulluq heyəti üçün ayrıca girişi olan bütöv bir blok var: sanitar qovşaqları olan iki otaq, mətbəx, camaşırxana, menecerin kabineti. Evin yanından çay axır.

"Rusiyada evlərin orta qiyməti 5,4 milyon rubldur, demək yazdığımız ev Rusiyadakı orta statistik evdən 900 dəfə bahadır" - portal yazır.

Əlavə olunur ki, ev artıq birinci il deyil satışa çıxarılıb və hazırkı vəziyyətdə belə, obyektə alıcı tapmaq asan deyil. "Mirkvartir" bu evin sahibinin adını açıqlamayıb. Çünki onun satışı ilə birbaşa mülkün sahibi deyil, onun etibarnamə ilə vəkalət verdiyi şəxs məşğul olur. Rusiya mediası güman edir ki, bu evin sahibi Rusiyanın məşhur oliqarxlarından biridir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26