Interposta.Info

Medvedevin milyardlıq mülkləri - Bahalı yaxtalar, offşor şirkətlər…

Gündəm
 3-03-2017, 11:46     605

Medvedevin milyardlıq mülkləri - Bahalı yaxtalar, offşor şirkətlər…

Tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnıy ifşaedici araşdırması ilə Rusiya baş naziri Dmitri Medvedevin sahib olduğu var-dövləti üzə çıxarıb.

Onun təqdim etdiyi Videogörüntülü materialdan məlum olur ki, Rusiya hökumət başçısı ölkənin həm daxilində, həm də xaricdə nəhəng torpaq sahələrinə, bahalı yaxtalara, qədimi mülklərə, aqrokomlekslərə, üzümçülük sahələrinə, bağ evlərinə, saysız-hesabsız əmlaka sahibdir.

Həm ölkənin özündə, həm də xaricdə ona məxsus daşınmaz əmlak əsasən elit rayonlarda yerləşir.

Rublevkada yerləşən, sahəsi 4 min kv.m-ə yaxın, dəyəri 5 milyard rubl olan villa fondlardan birinin adına rəsmiləşdirilib.

Həmin fonda bir villa da milyarder Alişer Usmanov tərəfindən hədiyyə edilib.

Daha bir villa Kursk vilayətinin Mansurovo kəndində (Medvedevin babasının yaşadığı kənd) yerləşir.

240 min kv.m. sahəsi olan kompleksdə möhtəşəm villa ilə yanaşı, iki vertolyot meydançası, nəhəng idman zalı var.

Kənddə həmçinin Medvedevə məxsus "Mansurovo" aqrokompleksi fəaliyyət göstərir. Kompleks sənəd üzərində Medvedevin qohumlarından birinin adınadır.

Rusiya baş nazirinin Anapda üzümçülük sahəsi, 7 milyard rublluq rezidensiyası, Rublevkada 20 hektarlıq sahədə daha bir əzəmətli mülkü var.

Maraqlıdır ki, Rublevkadakı bu sahə əvvəllər Prezidentin İşlər İdarəsinin balansında olub.

Araşdırma onu da üzə çıxarıb ki, bütün bu varidat oliqarxlardan alınan rüşvət və dövlət banklarının kreditləri hesabına əldə olunub. Medvedev və adamları qeyri-kommersiya fondlarının əsasında cinayət sxemi qurublar.

"Səhmlərin gerçək sahiblərini müəyyən etmək qeyri-mümkündür. Xeyriyyə fondalarının adına rəsmiləşdirildiyi üçün demək olar ki, heç kimə məxsus deyillər. Medvedevin varidatını onun dostları, qrup yroldaşları və etibar etdiyi adamlar idarə edir», araşdırmada deyilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26