Interposta.Info

ABŞ analitiki vəliəhdin Qüdsü satmasının səbəbini açdı

Dünya
 18-12-2017, 11:43     10 411

ABŞ-ın Qüds qərarına sərt reaksiya verməsi gözlənilsə də, tam əksini edən Səudiyyə Ərəbistanı Vaşinqtonla nüvə sahəsində əməkdaşlığa hazırlaşır.

"XeberBiz" Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalında Robert Satloffun məqaləsi dərc olunub.

Satloffun sözlərinə görə, Donald Trampın Qüds qərarını açıqladığı zaman bir analitik təşkilatın heyəti ilə Ər-Riyadda vəliəhdlə görüşüb və vəliəhd qərara cəmi bir cümlə ilə münasibət göstərib. Vəliəhd həmçinin İsraillə yaxın münasibətlər qurula biləcəyi barədə açıqlama verib.

Nüvə sazişi hazırlanır

Ağ Evdən ABŞ Prezident Donald Trampın Səudiyyə Ərəbistanı ilə milyardlarla dollar dəyərində nüvə reaktoru tikintisinə dair müqavilə imzalamağa hazırlaşdığı bildirilib.

ABŞ və İsraillə əməkdaşlıq arzusu

Müəllif Səudiyyə Ərəbistanında vəliəhddən başqa bir çox nazirlə də görüşdüklərini və onlardan heç birindən Qüdslə bağlı sərt açıqlama gəlməməsindən təəccübləndiyini bildirib. Qüdslə bağlı Məhəmməd bin Salmanın konkret fikrini öyrənmək üçün ünvanlanan suala isə vəliəhd yenidən qısa cavab verərək, Səudiyyə-ABŞ münasibətlərindən danışmağı üstün tutub.

İsrailə qarşı müsbət münasibət

Müəllifin sözlərinə görə, Salman təhlükəsizlik sahəsində ABŞ-Səudiyyə əməkdaşlığının ABŞ-İsrail münasibətlərindən daha qədim tarixə malik olmasını fəxrlə bildirib. O, həmçinin İsrailin Fələstinə göstərdiyi təzyiqdən, Qəzza zolağında baş verən mənfi proseslərdən danışmaq əvəzinə, Fələstin-İsrail sülhü əldə olunduqdan sonra Təl-Əvivlə münasibətlərin inkişaf etdiriləcəyini qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26