Interposta.Info

Kralın gözlənilməz qərarı, Trampın sürpriz oyunu...

Dünya
 22-06-2017, 11:23     598

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud oğlu Məhəmməd bin Salman əl-Səudu birinci vəliəhd təyin edib. Bu qərar necə bir dəyişikliyə səbəb olacaq?

Axar.az xəbər verir ki, Türkiyənin Haber-7 nəşrinin yazarı Taha Dağlı Səudiyyə Ərəbistanındakı vəliəhd dəyişikliyinin pərdəarxasını araşdırıb.

Türkiyəli müəllifin araşdırmasında qeyd edilir ki, Məhəmməd bin Salman ikinci vəliəhd idi. Mart ayında ABŞ-a səfəri müzakirə mövzusu olmuşdu. Donald Trampla keçirdiyi görüşün pərdəarxası ilə bağlı çox parlaq söz-söhbətlər ortaya çıxmışdı.

Qərar verilən zaman o, İsraildə idi

Kral Salmanın oğlunu ABŞ-a yaxınlaşdıran qüvvə Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). BƏƏ-nin vəliəhdi Şahzadə Məhəmməd bin Zayidin Donald Trampın kürəkəni və Yaxın Şərq üzrə müşaviri Kuşnerla yaxşı münasibətləri var. Səudiyyə Ərəbistanında vəliəhd dəyişikliyi ilə bağlı qərar verilərkən Kuşner İsraildə idi.

İddiaya görə, Kral Salmanın oğluna ABŞ və Birləşmiş Ərəb Əmirlikləri üzərindən verilən dəstək o deməkdir ki, o, atasının ölümündən sonra taxta çıxacaq.

Mart ayından sonra Səudiyyə Ərəbistanı kralı Salmanın Yaxın Şərq siyasətində nəzərəçarpacaq fərqlər ortaya çıxdı. Belə ki, mayda Trampın Ər-Riyadı ziyarət etdikdən sonra Körfəz böhranı başladı.

Bildirilir ki, Məhəmməd bin Salman 81 yaşlı atasının ölümündən sonra taxta çıxmaqla, Qətər məsələsində BƏƏ və ABŞ-ın istəklərinə uyğun hərəkət edəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26