Interposta.Info

Səudiyyə kralı istefa verməyəcək

Dünya
 12-11-2017, 19:14     7 307

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz hakimiyyətdən getməyəcək.

Bu barədə informasiyanı “Habertürk” qəzeti adının çəkilməsini istəməyən səudiyyəli vəzifəli şəxslərdən birinə istinadən yayıb.

“Krallar sağlamlıqlarının ən ağır dönəmlərində belə hakimiyyətdən getməyiblər. Salman bin Əbdüləziz sağlığına görə kral Fəhddən daha yaxşı vəziyyətdədir”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Qərb mətbuatı Məhəmməd bin Salmanın yaxın zamanlarda atasının yerinə hakimiyyətə gələcəyi haqqında informasiya yaymışdı.

Səudiyyə Ərəbistanı tarixində hakimiyyətdən həyatda ikən imtina edən yeganə kral Səud bin Əbdüləziz əl Səud olub. O, 1964-cü ildə ailəsinin təzyiqi ilə vəliəhd şahzadə Faysal bin Əbdüləziz əl Səudun xeyrinə taxtdan geri çəkilmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26