BMT Trampın Qüds qərarını rədd etdi - ABŞ şokda
BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı rədd edilib.
Axar.az xəbər verir ki, qətnamənin lehinə 128, əleyhinə 9 səs verilib.
35 ölkə isə bitərəf qalıb.
Beləliklə, Trampın qərarının beynəlxalq birlik tərəfindən qəbul edilmədiyi qəti şəkildə ortaya qoyuldu.
Xatırladaq ki, Ağ Ev rəhbəri dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdığını və ABŞ səfirliyinin bu şəhərə köçürüləcəyini bəyan etmişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26