Interposta.Info

BMT-nin qərarından sonra Ərdoğandan Trampa mesaj

Dünya
 21-12-2017, 23:39     10 596

BMT Baş Assambleyasında baş tutan səsvermədə ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarının rədd edilməsindən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Tvitter hesabında məsələ ilə bağlı bəyanat yayılıb.

"XeberBiz" Axar.az-a istinadən 3 dildə (İngilis, ərəb və türk) yayımlanan bəyanatı təqdim edir:

“Qüdsün statusu ilə bağlı BMT Baş Assambleyasına təqdim edilən qətnamənin böyük səs çoxluğu ilə qəbul edilməsini məmnuniyyətlə qarşılayırıq. Tramp administrasiyasının Qüdslə bağlı qərarının hüquqi qüvvəyə malik olmadığı bir daha ortaya qoyuldu. Ümid edirik ki, administrasiya tez bir zamanda bu qərarından imtina edər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26