Interposta.Info

Trampın Səudiyyə gündəmi:

Gündəm
 20-05-2017, 12:24     1 068

Donald Trampın xarici siyasət turundakı ilk ünvan Səudiyyə Ərəbistanıdır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidentinin birinci dayanacağının Səudiyyə Ərəbistanı olmasının altında böyük strateji məqsədlər yatır.

Tramp üçün bu görüş həm də Səudiyyə elitası ilə tanışlıq xarakteri daşıyacaq. Belə ki, ABŞ prezidenti ölkədə ləng də olsa, ehtiyatla islahatlar həyata keçirməyə çalışan vəliəhd şahzadə Məhəmməd ibn Naiflə də kontakt qurmağa çalışacaq.

Belə görünür ki, Suriya məsələsində ABŞ-ın İsraildən sonra güvənə biləcəyi ölkələrin başında məhz Səudiyyə Ərəbistanı gəlir.
Eyni zamanda İranın körfəz regionunda nüfuzunun getdikcə artmasından olduqca narahat olan Ər Riyad rəhbərliyi Vaşinqtonun köməyinə ehtiyac duyur.

Gulf State Analylics-in eksperti Todor Karasikin sözlərinə görə, Tramp bir çox məsələlərdə səudiyyə ərəbləri ilə böyük irəliləyiş əldə etmək istəyindədir. Buraya dəyəri 100 milyardlarla ölçülən hərbi sazişlər də daxildir.
Trampın Səudiyyə gündəmi:


Təsadüfi deyil ki, Tramp ilk xarici səfərini Ər Riyada gerçəkləşdirən ilk ABŞ prezididentidir. (ABŞ prezidentləri adətən ilk xarici ziyarətlərini Kanadaya edirlər-red.)

Obama dövründəki gərgin münasibətlərdən fərqli olaraq Səudiyyə rəhbərliyi bu görüşə olduqca yüksək səviyyədə hazırlaşır.

Xatırladaq ki, Barak Obama zamanında ABŞ məhkəməsi Səudiyyə Ərəbistanının 2001-ci ilin 11 sentyabrında törədilən terror aktına görə məsuliyyət daşıdığı barədə qərar çıxarıb.

Bununla əlaqədar ABŞ Nümayəndələr palatasında da Səudiyyə krallığına qarşı mülki iddia qaldırmağa icazə verən xüsusi qanun qəbul edilib. Bu isə iki ölkə arasındakı münasibətləri az qala qopma nöqtəsinə gətirib.

Trampın Səudiyyə gündəmi:

Təsadüfi deyil ki, Tramp ilk xarici səfərini Ər Riyada gerçəkləşdirən ilk ABŞ prezididentidir. (ABŞ prezidentləri adətən ilk xarici ziyarətlərini Kanadaya edirlər-red.)

“The Independent” qəzetinin qeyd etdiyi kimi, ABŞ prezidentinin ziyarət zamanı əsas məqsədlərindən biri də körfəzdə İranın artan nüfuzunun qarşısını almaqdır.

Xəbər verildiyi kimi, ziyarət zamanı müsəlman ölkələrin xüsusi hərbi ittifaqının yaradılması barədə sazişin imzalanması nəzərdə tutulur. Səudiyyənin özünün belə bir ittifaqa ehtiyacı böyükdür. Bu ölkə onsuz da İranla Yəmən və Suriyada faktiki müharibə vəziyyətindədir.
Trampın Səudiyyə gündəmi:


Qeyd edək ki, Donald Tramp Səudiyyə Ərəbistanında Yaxın Şərqin digər ölkələrinin liderləri ilə də görüşəcək. Onlardan bəziləri üçün bu sammit Trampla təmas qurmaqdan ötrü yaxşı fürsətdir.

Ər Riyadda 50 müsəlman ölkəsinin liderinin də gələcəyi gözlənilir.

Maraqlıdır ki, bunlardan biri də Sudan rəhbəri Ömər Həsən Əl Bəşirdir. Bu adam haqqında insanlıq əleyhinə törədilən cinayətlərlə bağlı olaraq Beynəlxalq Haaqa məhkəməsinin orderi var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26