Abxaziyada böyük partlayış:

Abxaziyada hərbi sursat anbarı partlayıb.
Axar.az xəbər verir ki, partlayış nəticəsində 20 rusiyalı yaralanıb. Artıq məlumatı Rusiyanın qondarma respublikadakı səfirliyi də təsdiqləyib.
***
Abxaziyadakı hərbi anbarda baş verən partlayışda iki Rusiya vətəndaşı həlak olub.
Ölənlərin hər ikisinin Sankt-Peterburq şəhərindən olduğu bildirilib. Nazirlik yaralıların sayının artıq 60 nəfər olduğunu söyləyib.
Qeyd edək ki, bir neçə gün sonra Rusiya Prezidenti Vladimir Putin bu qondarma respublikaya səfər edəcək.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26