Rusiyanı qana bürüyən terrorçunun -
Sankt-Peterburq şəhərində metroda partlayış törətməkdə şübhəli bilinən terrorçu təhlükəsizlik kameralarına yaxalanıb.
"interposta.info" “Lenta.ru”ya istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, o, vaqonlardan birində bel çantasını qoyaraq metronu tərk edib.
Həmin şəxsin başdan ayağa qədər qaraya büründüyü və saqqallı olduğu bildirilir.
Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində 10 nəfər həlak olub, 20 nəfər yaralanıb. Rusiya Baş Prokurorluğunun nümayəndəsi baş verən partlayışı terror hadisəsi adlandırıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26