Interposta.Info

Konsulluqdan teraktda ölən azərbaycanlı ilə bağlı -

Ölkə
 4-04-2017, 13:43     676

10:14

Bu gecə Rusiyanın Sankt-Peterburq şəhərindəki xəstəxanalardan birində dünən metroda törədilmiş terror aktı nəticəsində yaralanmış azərbaycanlı qız dünyasını dəyişib.


Virtualaz.org xəbər verir ki, 21 yaşlı Dilbər Əliyeva ağır vəziyyətdə xəstəxanaya gətirilərkən səhvən Tamara Əliyeva kimi qeydiyyatdan keçirilib.
***
Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş vermiş partlayış nəticəsində ölən azərbaycanlı Dilbər Əliyeva Azərbaycan vətəndaşı deyil.

Bu barədə Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib:

"Dilbər Əliyeva Rusiya vətəndaşı olub, Rusiyada yaşayır və təhsil alırdı".

Xatırladaq ki, dünən yerli vaxtla sat 14:30-da Sankt-Peterburq metrosunda vaqonlardan birində kamikadze üzərində olan partlayıcı qurğunu işə salıb. Nəticədə, 11 nəfər həlak olub, 51 adam yaralanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26