Interposta.Info

Putin Qafqazdakı qondarma respublikaya gəlir

Siyasət
 2-08-2017, 13:50     10 257

Rusiya Prezidenti Vladimir Putin qondarma Abxaziyaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “RBC” saytı özünün etibarlı mənbələrinə istinadən yayıb.

Səfər 2008-ci il Gürcüstan-Rusiya müharibəsinin başlama tarixinə təsadüf edəcək. Putin Abxaziyada bir sıra rəsmi şəxslərlə görüşəcək.

Qeyd edək ki, Abxaziya Gürcüstanın ayrılmaz hissəsidir. 2008-ci il müharibəsindən sonra Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Putin sonuncu dəfə Abxaziyada 2013-cü ildə olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26