Interposta.Info

ABŞ Şimali Koreyaya girəcək

Dünya
 2-08-2017, 11:39     9 978

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın raket və nüvə proqramının silah yolu ilə həllinə hazırdır.

Axar.az xəbər verir ki, bunu NBC televiziyasına müsahibəsində amerikalı senator Lindsi Qrem söyləyib.

“Tramp imkan verməyəcək ki, Pxenyan nüvə başlığı olan ballistik raketlər əldə etsin. Əgər müharibəyə ehtiyac olsa, bu da olacaq. Əgər minlərlə adam öləcəksə, onlar ABŞ-da yox, Şimali Koreyada öləcəklər. Tramp bunları birbaşa mənim üzümə söyləyib”, - Qarem bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26