Interposta.Info

Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

Dünya
 22-06-2018, 21:10     10 426

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı tətbiq edilən sanksiyanı daha bir il müddətinə uzadıb

“Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ ev məlumat yayıb.

Sanksiyalar 2008, 2010, 2011, 2015, 2016 və 2017-ci ildə verilmiş bir sıra fərmanla tətbiq edilib.

Onlar KXDR-in nüvə və raket proqramına, o cümlədən çirkli pulların yuyulması, kiber-hücumlar, insan hüquqlarının pozulmasına qarşı yönəlib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26