Interposta.Info

Tramp KXDR-ə qarşı sanksiyaları genişləndirmək fikrindən daşınıb

Dünya
 29-05-2018, 08:58     10 436

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla danışıqların inkişafı fonunda hələlik Şimali Koreyaya qarşı sanksiyaları genişləndirməmək barədə qərar qəbul edib.

"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti yazır.

Lakin bununla belə nəşr ABŞ rəhbərliyinin bir az əvvəlki tədbiri barədə də xəbər verib. "Tədbirlər (sanksiyalar) Kimin (KXDR liderinin-red) bu yaxınlarda aqressiv ritorikasına cavab olaraq hazırlanıb", - deyə qəzet yazır.

ABŞ-ın Maliyyə Nazirliyi ümumilikdə Rusiya və Çindən olan 30 şirkətə qarşı sanksiyalar hazırlayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26