ABŞ senatoru:
ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiyanı Çin, Şimali Koreya, İran və İŞİD-lə eyni tərəzinin gözünə qoymayacaq.
Axar.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində amerikalı senator Lindsi Qrem söyləyib.
“ABŞ Rusiyaya mütləq sərt cavab verməlidir. Əks təqdirdə gələn seçkidə İran və Çin də onlar kimi bizə hücum (haker hücumları nəzərdə tutulur, – red.) edəcəklər”, – o bildirib.
Qeyd edək ki, Lindsi Qrem Rusiyanın qatı əleyhdarı kimi tanınır. O, bir müddət öncə senator Con Makkeynlə birgə Şərqi Avropa ölkələri və Gürcüstana səfərə başlayıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26