Interposta.Info

Fransada səsvermə başa çatdı -

Dünya
 7-05-2017, 23:10     617

Fransada keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb.
Musavat.com-un məlumatına görə, “İrəli” hərəkatının rəhbəri Emanuel makron və radikal sağçı Marin Le Penin mübarizə apardığı seçkilərdə səs verənlərin sayı aşağı səviyyədə olub. Ölkənin Daxili İşlər Nazirliyi seçicilərin 74 faizinin səsvermədə iştirak etdiyini açıqlayıb. Xatırladaq ki, ilk turda bu, 80 faiz olmuşdu.

İlkin nəticələr açıqlanmasa da, namizədlərinin seçiləcəyindən əmin olan Makron tərəftarları isə bayraqlarla meydana çıxaraq uğurlarını qeyd etməyə başlayıblar.
***
Yaxın dəqiqələrdə ilkin nəticələrin açıqlanacağı bildirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26