Interposta.Info

ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub

Siyasət
 26-07-2022, 20:44     310

Hüqo Gevara ABŞ-ın Azərbaycandakı səfirliyində müvəqqəti işlər vəkili təyin edilib.

"İnterPosta"nın xəbərinə görə, bu barədə səfirliyin sosial şəbəkə hesabından məlumat verilib.

Bildirlib ki, Hüqo Gevaranın Dövlət Departamentində böyük təcrübəsi var və son zamanda tutduğu vəzifələrdən biri ABŞ-ın Qvatemala şəhərindəki səfirliyində Qvatemala hökuməti ilə təhlükəsizlik və qanunun aliliyi sahəsində əməkdaşlıgin inkişafı və irəliləməsi olub.

Qeyd olunub ki, hazırkı işinə başlamazdan əvvəl Hüqo Gevara Vaşinqtonda Azərbaycan dilini öyrənib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26