Interposta.Info

"Neftçi"dən növbəti transfer - Bu dəfə portuqaliyalı

İdman
 17-07-2021, 09:05     26 610

"Neftçi” heyətini mərkəz müdafiəçisi ilə gücləndirib.

"İnterPosta" klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı Huqo Basto ilə 2 illik müqavilə bağlanıb. 28 yaşlı futbolçu "Neftçi"də 4 nömrəli formanı geyinəcək.

Huqo Basto Portuqaliyanın "Varzim” (2012-2013), "Sportinq Braqa B” (2013-2015), "Aroka” (2015-2018), "Çaves” (2018-2020) və "Eştoril” (2020-2021) klublarında çıxış edib. Son mövsüm 31 oyunda 4 qol vurduğu "Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. O, Portuqaliyanın U-18 və U-23 milli komandalarının şərəfini qoruyub.

"Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçi Romen Baskı transfer edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26