Interposta.Info

"Neftçi"nin futbolçusu Latviya klubuna keçib

İdman
 26-02-2019, 17:41     10 541

"Neftçi"nin futbolçusu Elvin Sərkərov Latviyanın "Dauqavpils” komandasına transfer olunub.

Qaynarinfo paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, artıq 22 yaşlı müdafiəçi ilə müqavilə imzalanıb.

Sözləşmənin şərtlərinə görə, Sərkərov başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi”yə ödəniləcək. Azərbaycanın U-21 yığmasında da çıxış edən oyunçu ölkəyə qayıdacağı təqdirdə, ilk seçimini "Neftçi” üzərində edəcək.

Qeyd edək ki, Elvin Sərkərov bu mövsüm 6 oyunda meydana çıxıb. "Dauqavpils” bundan əvvəl U-21-in digər üzvü, "Sumqayıt"ın yetirməsi Tural Bayramlını heyətinə qatıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26