Interposta.Info

"Ştutqart"ın futbolçusu rəsmən "Qarabağ"da

İdman
 4-07-2019, 10:36     10 461

"Qarabağ” növbəti futbolçu transferini gerçəkləşdirib.

İnterPosta.info
klubun rəsmi saytına istinadən xəbər verir ki, sol cinah müdafiəçisi Aylton Silva ilə anlaşma əldə olunub. Müqavilə üzrə Almaniya "Ştutqart”ına məxsus olan 24 yaşlı braziliyalı oyunçu bir illik icarəyə götürülüb.

"Fluminense”nin yetirməsi olan Ailton daha əvvəl - 2015/16 mövsümündə Azərbaycanda "Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. "Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın "Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya "Ştutqart”ına (5 oyun) transfer olunub. 2018-ci ilin yayında yenidən "Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya "Braqa”sında keçirib.

Xatırladaq ki, "Qarabağ" mövsümlərarası fasilədə ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26