Interposta.Info

"Qəbələ" millimizin üzvünü transfer etdi - RƏSMİ

İdman
 31-01-2022, 15:05     11 458

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib.

"İnterPosta" klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qırmızı-qaralar” Azərbaycanın U-21 yığmasının futbolçusu Samet Karakoçu heyətinə qatıb. 20 yaşlı müdafiəçi ilə 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Son klubu "Bayrampaşa” olan Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb olunub. O, sol cinah müdafiəçisi olsa da, arxa xəttin mərkəzində də çıxış edir. Karakoç Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib.

"Qəbələ” Sametə qədər Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26