“Atletiko” braziliyalı futbolçunun transferini açıqlayıb

İspaniyanın “Atletiko” futbol klubu növbəti transferini rəsmiləşdirib.
APA-nın klubun saytına istinadən məlumatına görə, Madrid təmsilçisi braziliyalı Felipe Monteyronun keçidini həll edib.
Portuqaliyanın “Portu” klubundan transfer olunan 30 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Onun keçidi sabiq komandasına 20 milyon avro qazandırıb.
Qeyd edək ki, F. Monteyro “Portu”ya 2016-cı ilin yazında 2 milyon avroya transfer olunmuşdu.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26