Interposta.Info

“Qəbələ” ilk transferini açıqladı

İdman
 9-06-2021, 17:59     479

2021-2022-ci illər mövsümünün transfer çalışmalarına start verən "Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib.

"İnterPosta" xəbər verir ki, "qırmızı-qaralar” Urfan Abbasovu heyətinə qatıb. 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

2019-21-ci illərdə "Səbail”in şərəfini qoruyan Urfan iki illik fasilədən sonra "Qəbələ"yə qayıdıb. 2011-19-cu illərdə "qırmızı-qara” forma geyinən Abbasov klub tarixində ən çox oyun keçirən futbolçudur.

O, bütün turnirlərdə ümumilikdə 220 matçda iştirak edib. Müdafiəçinin aktivində 3 qol var. Urfan 2015-ci ildə debüt etdiyi Azərbaycan milli komandasında 9 oyun keçirib, 1 qol vurub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26