Bir milyon avroluq futbolçu rəsmən "Qarabağ"da (VİDEO)
2018/19-cu illər mövsümünə hazırlığını davam etdirən "Qarabağ” heyətini də gücləndirməyə davam edir.
Ağdam klubu fransalı futbolçu Abdulla Zubiri heyətinə qatıb. Futbolçuyla 2 illik müqavilə imzalanıb.
Peşəkar karyerasına Fransada 2011-ci ildə "Qrenobl” klubunda başlayan Zubir bir mövsüm sonra eyni ölkənin "İstr” klubuna keçib. 2013/14-cü illər mövsümünün ikinci yarısında icarə əsasında Şotlandiyanın "Hibernian” klubunda çıxış edib, daha sonra yenidən müqaviləylə məxsus olduğu "İstr” klubuna qayıdıb. 2015/16-ci illər mövsümündə Rumıniyanın "Petrolul” klubuna transfer olunub.
Daha sonra Fransanın "Lans” klubuna keçən fransalı yarımmüdafiəçi son iki mövsümü burada keçirib.
"Qarabağ”ın 26 yaşlı transferi "Lans” formasıyla meydanda olduğu 70 oyunda 6 qol və 12 məhsuldar ötürməylə yadda qalıb.
Qeyd edək ki, "transfermarket"ə görə Zubirin qiyməti 1 milyon avrodur ("Qafqazinfo").
interposta.info
[frame=https://facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fweb.facebook.com%2FFKQarabagh%2Fvideos%2F2180467385509689%2F&show_text=0&width=560" width="560" height="315" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowTransparency="true" allowFullScreen="true"]
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

