Interposta.Info

"Qarabağ"dan "Benfika"nın futbolçusuna təklif

İdman
 4-09-2017, 20:34     7 972

"Qarabağ"ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun kimliyi müəyyənləşib.

interposta.info
Fanat.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandamız "Benfika"dan Ola Conu heyətinə qatmağa çalışıb.

Bu barədə Portuqaliyanın "O Jogo" qəzeti məlumat yayıb. Məlumata görə, Ola Con "Qarabağ" və Yunanıstanın "Panatinaikos" klublarının təklifindən imtina edib. Onun karyerasını Türkiyədə - "Sivasspor"da davam etdirmək ehtimalı var.

Qeyd edək ki, 2012-ci ildə "Tvente"dən "Benfika"ya 9 milyon avroya transfer olunub. O, Portuqaliya klubunun heytində indiyədək 88 rəsmi oyun keçirib və 8 qol vurub. 25 yaşlı sağ cinah futbolçusu müxtəlif vaxtlarda Almaniyanın "Hamburq", İspaniyanın "Deportivo", İngiltərənin "Ridinq" və "Vulverhempton" klublarına icarəyə verilib.

Ola Con Hollandiyanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib. 2013-cü ildə ilk dəfə A milliyə dəvət alıb və bir oyunda meydana çıxıb.

O, 2010/11 mövsümündə "Tvente"nin heyətində Hollandiya Kubokunu və Super Kubokunu qazanıb. 3 dəfə Portuqaliya çempionluğunu (2013/14, 2014/15, 2015/16) qazanan futbolçu ölkə kubokunu (2013/14), liqa kubokunu (2013/14, 2014/15) və Superkubokunu (2014) başı üzərinə qaldırıb. Ola Con həmçinin 2012/13 mövsümündə "Benfika" ilə Avropa Liqasının finalında oynayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26