Interposta.Info

“Neftçi“ “Qarabağ“ın futbolçusunu transfer edir

İdman
 6-05-2017, 15:30     618

“Neftçi”nin transfer etməyə hazırlaşdığı müdafiəçilərdən birinin kimliyi bəlli olub.

Fanat.az-a verilən məlumata görə, “ağ-qaralar” “Qarabağ”ın arxa xətt oyunçusu Elvin Yunuszadəni rənglərinə bağlamağa hazırlaşır.

Yunuszadənin ağdamlılarla olan müqaviləsinin müddəti iyunda başa çatacaq. Ağdam təmsilçisinin onunla yeni anlaşma imzalamaq yönündə hər hansı cəhd göstərməməsi isə faktdı. “Neftçi” rəhbərliyi klubun öz yetirməsi olan və bölgə təmsilçisinə məhz “xalq komandası”ndan keçən futbolçuyla razılığa gəlib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26