Interposta.Info

"Neftçi"nin futbolçusu Cənubi Koreya klubuna transfer olundu

İdman
 30-01-2019, 18:45     10 571

"Neftçi” futbolçusu Dario Frederiko ilə yollarını ayırıb.

İnterPosta.info
klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu komandanın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının sonuncu günündə ona meneceri vasitəsilə başqa klubdan sərfəli təklif gəldiyini bildirib.

Daha sonra tərəflər arasında bununla bağlı danışıqlar başlayıb. "Neftçi”nin tələb etdiyi kompensasiya Cənubi Koreyanın "Tequ” klubu tərəfindən ödənildikdən sonra braziliyalı futbolçunun keçidinə icazə verilib.

Qeyd edək ki, Dario Frederiko bu mövsüm "Neftçi”nin heyətində 17 oyunda meydana çıxıb və 3 qol vurub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26