Interposta.Info

Əcnəbi futbolçulardan Azərbaycana dəstək: "Erməni terroruna son!"

İdman
 12-10-2020, 11:47     594

"Kəpəz” və "Neftçi”nin sabiq futbolçusu Dario Frederiko da Dağlıq Qarabağda baş verən hadisələrə biganə qalmayıb.

"İnterPosta" xəbər verir ki, braziliyalı futbolçu "Instagram" səhifəsində paylaşım edərək Azərbaycan Ordusuna dəstək nümayiş etdirib: "Erməni terroruna son, Qarabağ Azərbaycandır! Tanrı Azərbaycanı qorusun. Mən sizinləyəm”.

Dario həmçinin Gəncədə yaşanan erməni terroru ilə bağlı da paylaşım edib.

29 yaşlı hücumçu müxtəlif vaxtlarda "Kəpəz” (2015-2017, 2018) və "Neftçi”nin (2018, 2019-2020) formasını geyinib. Hazırda isə Latviyanın "Rıqa" klubunda çıxış edir.

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç də Ermənistan ordusunun Gəncə şəhərinə raket zərbələri endirməsinə biganə qalmayıb. Hazırda "Konyaspor"da çıxış edən bosniya və herseqovinalı qapıçı bununla bağlı özünün "Facebook" səhifəsində paylaşım edib.

32 yaxşı qolkiper üzərində "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb.

Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"ın formasını 2015-2018-ci illərdə geyinib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26