Interposta.Info

Ukraynalı qapıçı Azərbaycan klubuna instaqram vasitəsilə keçdi

İdman
 14-12-2021, 19:22     361

"Azərbaycana gedişim təsadüf nəticəsində alındı. Bir nəfər mənə instaqramda yazdı və müqaviləni skan etdi. 4 aylıq sözləşməyə imza atdıqdan sonra bu ölkəyə yollandım".

Bu fikirləri "Kəpəz"in sabiq qapıçısı Sergey Litovçenko Gəncə klubuna keçidi barədə "meta-ratings.com.ua" saytına müsahibəsində deyib.

Ukraynalı qolkiper Azərbaycandakı karyerasının yaxşı alınmadığını bildirib: "Altı aydan sonra pulları da geri qaytardıq. "Kəpəz"lə bağlı çox da yaxşı təəssüratlarım qalmayıb. Düzünü desəm, oraya qayıtmaq istəməzdim. Hətta Gürcüstanda Azərbaycandakından daha çox pul qazanırdım".

Qeyd edək ki, hazırda Qazaxıstanın "Akjayık" klubunda çıxış edən Sergey Litovçenko 2018-ci ildə "Kəpəz"in formasını geyinib. Komanda I Diviziona düşdükdən sonra 34 yaşlı qolkiperlə vidalaşıb.//report.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26