Interposta.Info

Vaqif Sadıqovun "Kəpəz"dəki "tapıntısı":

İdman / Ölkə
 13-02-2017, 13:16     807

Vaqif Sadıqovun "Kəpəz"dəki "tapıntısı":

Vaqif Sadıqovun "Kəpəz"dən necə pul qazanması barədə xəbər vermişdik. Bildirmişdik ki, Bakıdakı 2 otaqlı evini Gəncə klubuna icarəyə verən AFFA Məşqçilər Komitəsinin sədri ayda klubdan 1500 manat alır.

Bu böyük məbləğ kimi görünməyə bilər. Amma böhranın hökm sürdüyü, evlərin bir neçə dəfə ucuzlaşdığı bu dövrdə paytaxtın sıradan bir bölgəsində yerləşən evin 1500 manata icarəyə verilməsi real dəyərin şişirdilməsi deməkdi. AFFA-dakı əlaqələrindən, bir az da dəqiqləşdirsək, "Kəpəz"in Müşahidə Şurasının üzvü, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun imkanlarından istifadə edən millimizin sabiq baş məşqçisi klubun büdcəsindən özünə pay götürməyə nail olub.
Vaqif Sadıqovun "Kəpəz"dəki "tapıntısı":

Bu Sadıqovun "Kəpəz"dən yeganə qazancı olmayıb. Fanat.Az-ın əldə etdiyi məlumata görə, 57 yaşlı mütəxəssis Gəncə klubuna futbolçu da gətirib. Bu qapıçı Davud Kərimidi.

Bizə məlumat verən mənbə bildirir ki, 32 yaşlı qolkiper "Kəpəz"ə Vaqif bəyin məsləhəti və arzusu ilə gətrilib. Onun bu işdə menecerlik, yoxsa Davuda "day-daylıq" etdiyini bilmirik. Bildiyimiz odu ki, Sadıqov bu transferə görə "zəhmət haqqı" da alıb. Özü də kifayət qədər yaxşı məbləğ...

Bir sözlə, guya klublarımızın və yığmalarımızın inkişafına dəstək olmaq məqsədi ilə yaradılan Məşqçilər Komitəsinin sədri futbol təsərüfatında bazar açıb, xəbərimiz yoxdu. Bu adam məşqçidi, komitə sədri, yoxsa menecer? Əslində bu sualı verməyə dəyməz. Onsuz da futbol idarəçilərimizin əksəriyyəti bütün işlərlə məşğuldu. Oyun alverindən tutmuş menecerliyə, büdcə talamaqdan "kantor" işlətməyə qədər hər şeylə... Vaqif bəy də onlardan biri.
Vaqif Sadıqovun "Kəpəz"dəki "tapıntısı":

Davud Kərimiyə gəlincə, karyerası ərzində heç nəyə nail olmayan 32 yaşlı qolkiper autsayder Premyer Liqa klublarında və I divizionda əsas qapıçıya çevrilə bilib. "Rəvan", MOİK, "Muğan"da özünü "sübut edən" Kərimi bir dəfə Türkiyəyə üz tutsa da, üstümüzə üzüqara qayıdıb. Belə ki, 2013/14 mövsümündə PTT 1-ci liqanın autsayderi (indi 2-ci liqada çıxış edir) "Fethiyespor"da çıxış edən Davud 17 çempionat oyununu ehtiyat oyunçular skamyasında yola verib, cəmi bir kubok oyununda meydana çıxdıqdan sonra geri göndərilmişdi.

Onun "Kəpəz" karyerası da ürəkaçan deyil. 32 yaşlı qapıçı cəmi bir çempionat oyununda 90 dəqiqə forma geyinib ki, bu da dünən "Qarabağ"la qarşılaşmada baş verib. Tadas Simaitisin yoxluğunda baş məşqçi Şahin Diniyev məcburən onu oynatmalı olub. Nəticə isə göz önündədi - yenə məğlubiyyət...https://fanat.az/xeber-vaqif-sadqovun-quotkpzquotdki-quottapntsquot-t56237.html

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26