AFFA "Kəpəz" klubunu oyundan əvvəl stadionu sulamadığı üçün cərimələdi
AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının XI turunun 2 oyununda baş verənlərlə bağlı tədbir görülüb
interposta.info xəbər verir ki, "Report"un məlumatına görə, “Qarabağ”la görüşdə “Kəpəz” klubu meydanı sulamadığı üçün 800 manat cərimələnib.
“Zirə” ilə matçda isə “Neftçi”nin azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. İntizam Komitəsi qərara alıb ki, stadiona dəymiş ziyan əsasında “Zirə”nin təqdim edəcəyi hesab “Neftçi” klubu tərəfindən ödənilsin.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26