Interposta.Info

“Kəpəz” yeni transferlərini açıqladı

İdman
 26-01-2018, 15:22     10 712

"Kəpəz” daha iki yeni transferini rəsmən açıqlayıb.

XeberBiz klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi braziliyalı yarımmüdafiəçilər Dario Frederiko və Dieqo Souza ilə müqavilə bağlayıb.

Dario cari mövsümün sonunadək "Kəpəz”in formasını geyinəcək. Souza isə qarşıdakı bir il müddətində komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, Dario Frederiko əvvəlki iki mövsümdə "Kəpəz”in heyətində çıxış edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26