Interposta.Info

"Neftçi"də islahatlar başlayır -

İdman
 21-04-2017, 19:04     518

Uğursuz mövsüm keçirən "Neftçi" heyətində yenidən islahatlar aparacaq. Mövsüm başa çatandan sonra komanda bir neçə yerli və əcnəbi futbolçusu ilə yollarını ayıracaq.

Əcnəbilərdən qapıçı Boban Baykoviçin gedəcəyi dəqiqdi. Keçirdiyi 17 rəsmi oyunda 21 qol buraxan monteneqrolu qolkiper mövsüm başa çatan kimi yola salınacaq. "Neftçi"nin bu yay Kamran Ağayev və ya Səlahət Ağayevi heyətinə qatması gözlənilir.

Əcnəbilərdən Hüqo Barqas və Jayro Rodrigesin də gedəcəyi bildirilir. Qışda Boliviyanın "Bolivar" klubundan transfer edilən Barqas heyətə düşməkdə çətinlik çəkir. O, "Neftçi"nin heyətində 13 oyuna çıxıb ki, bunlardan da cəmi 4-də start heyətində yer alıb və 2 qol vura bilib. Komandada ikinci mövsümünü keçirən Rodriges isə artıq heyətə düşə bilmir. Braziliyalı bu mövsüm 3 turnirdə (Premyer Liqa, Azərbaycan Kuboku, Avropa Liqası) 21 oyunda sora geyinib. O, son dövrlər gününü ehtiyat oyunçular skamyasında keçirir.

Zdenek Folprextin durumuna isə hələ aydınlıq gəlməyib. Düzdü, çex futbolçu komandadan əsas heyətində özünə yer edə bilib. Qış fasiləsində gələn futbolçu Premyer Liqada 12, kubokda 2 matça çıxıb və 1 qol vura bilib. Məsələ ondadı ki, Zdenek "Neftçi"də icarə əsasında oynayır və onun komandada qalıb-qalmayacağı bilinmir. Üstəlik, Çexiyanın "Slovan" klubuna məxsus olan yarımmüdafiəçi ilə "Qarabağ"ın da maraqlandığı deyilir.

Heyətdəki digər əcnəbilər - Georgi Navalovski, İqnasio Errera, Kirill Petrov, Pavel Dreksa, Daniel Seqovia və Edson Kastillonun durumuna isə aydınlıq gəlməyib. Onlardan hansının gedib, hansının qalacağı hələ bəlli deyil./fanat.az

Mahir Şükürov, Eltun Yaqublu, Elvin Bədəlov, Murad Ağayev və Kamal Qurbanovun gedəcəyi deyilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26