"Neftçi" daha bir transferini rəsmiləşdirib (VİDEO)
Neftçi” haitili futbolçu Donald Gerye ilə 1+1 il müddətinə müqavilə bağlayıb.
"İnterPosta.info" klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi komandanın heyətində 77 nömrəli formanı geyinəcək.
Sonuncu klubu "Qarabağ” (2017-2019) olan Gerye Haitinin "Violett” (2009-2011), "Amerika de Ke” (2011-2013), Polşanın "Visla” Krakov (2013-2016) və Türkiyənin "Alanyaspor” (2016-2017) komandalarında çıxış edib.
Azərbaycan çempionatının qalibi (2018, 2019) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib, 11 qola imza atıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26