Interposta.Info

Mahmud Qurbanov "Neftçi”də:

İdman
 12-06-2018, 15:35     10 532

"Neftçi”nin əvəzedici komandasına baş məşqçi təyinatı olub.

Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək. O, bir müddət əvvəl istefaya göndərilmiş Vadar Nuriyevi əvəzləyib.

Qeyd edək ki, 1996-1997, 2004-2005-ci illərdə "Neftçi”də çıxış edən Qurbanov "Kəpəz”, "Şəmkir”, "Fulad” (İran), "Tavriya” (Ukrayna), "Xəzər Lənkəran”, "İnter” və "Bakı” klublarının formasını geyinib. "Professor” ləqəbli futbolçu rekord sayda – 11 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 76 oyunda meydana çıxıb və 1 qola imza atıb.

Mahmud Qurbanov futbolçu karyerasını başa vurandan sonra "Kəpəz”in baş məşqçisi, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi vəzifələrində çalışıb. O, UEFA-nın A kateqoriyalı məşqçisidi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26