Interposta.Info

Ermənipərəst gəncə Azərbaycan səfirliyində mühüm post -

Paradoks
 16-01-2017, 09:29     1 076

Ermənipərəst gəncə Azərbaycan səfirliyində mühüm post -
Bir müddət əvvəl Azərbaycanın Ukraynadakı səfirliyində mətbuat və informasiya katibi vəzifəsinə təyin olunan Anar Tahirov vəzifəsindən azad edilib. Buna səbəb kimi onun aktiv nurçu olmasıyla bağlı faktların ortaya çıxması göstərilir.

interposta.info bildirir ki, BakiPost.az xəbər verir ki, onun vəzifəsi Xəyyam Həqiqətoğlu adlı şəxsə tapşırılıb. Ukrayna vətəndaşı olan X.Həqiqətoğlu çoxlarına "ermənilərlə dostluq edən azərbaycanlı gənc” kimi tanışdır.


Vaxtilə mətbuatda onun erməni diasporunun aktiv üzvləri ilə dostluğu barədə xeyli materiallar dərc edilib.

Məhz belə bir adamın səfirliyin informasiya sektoruna nəzarət etməsi Ukraynadakı diaspor nümayəndələrini, bu sahədə məlumatlı şəxsləri təəccübləndirib. Həmin şəxslər hesab edir ki, düşmənlə informasiya müharibəsinin aparıldığı bir vaxtda, ermənilərlə çox sıx əlaqələri olan bir şəxsin belə bir interposta.info gətirilməsi heç bir məntiqə sığmır. Məlumata görə, həmin şəxs Ukrayna vətəndaşı olduğuna görə mətbuat katibi postuna rəhbər kimi rəsmiləşdirilməsə də, bütün işlər, hətta səfirliyin "facebook” səhifəsinin idarə edilməsi də ona tapşırılıb.

Aşağıda təqdim etdiyimiz fotolardan da görünür ki, o, səfirin və Diaspor Komitəsinin bütün tədbirlərində rəhbər heyətdə təmsil olunur.
Ermənipərəst gəncə Azərbaycan səfirliyində mühüm post -


Verilən informasiyalarda bildirilir ki, X.Həqiqətoğlu AzTV-nin Ukrayna üzrə nümayəndəsi Möhsüm Aslanovun təqdimatı ilə bu vəzifəyə götürülüb.

Onu da bildirək ki, Xəyyam Həqiqətoğlunun əsasən Ukrayna Erməni diasporunun gənclər təşkilatının sədri və müavinləri ilə dostluq etdiyi, onlarla tez-tez müxtəlif tədbirlərə qatıldığı bildirilir. Fotolardakı ermənilər isə bu təşkilatın ən qabaqcıl gənclərindəndir – Artyom Baqdasaryan və Yuliya Ankosi.

Ermənipərəst gəncə Azərbaycan səfirliyində mühüm post -
Ermənipərəst gəncə Azərbaycan səfirliyində mühüm post -


Qeyd edək ki, son günlər Ukraynadakı diaspor nümayəndələri ilə erməni diaspor rəhbərlərinin işbirliyi ilə bağlı xeyli materiallar yayımlanır. Bunlardan biri - Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Erməni diaspor lideri Aşot Avanesyanla dostluğunu təsdqiləmiş, lakin həmin şəxsin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün burada heç bir qəbahətin olmadğını bildirmişdi. Lakin bir neçə gün sonra Aşot video müraciət yayaraq, R.Tağıyevin dediklərini təkzib edib və Azərbaycana düşmən olduqlarını bəyan etmişdi.

interposta.info
Ermənipərəst gəncə Azərbaycan səfirliyində mühüm post -
Ermənipərəst gəncə Azərbaycan səfirliyində mühüm post -
Ermənipərəst gəncə Azərbaycan səfirliyində mühüm post -
Ermənipərəst gəncə Azərbaycan səfirliyində mühüm post -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26