Interposta.Info

Tramp Bakıdan donos yazan diplomata vəzifə verir

Dünya
 26-05-2018, 12:12     10 378

Donald Tramp ABŞ-ın Qığızıstandakı səfiri vəzifəsinə Donald Lunu təyin edəcək

Musavat.com-un Rusiya KİV-lərinə istinadən hazırladığı məlumata görə, bu barədə Ağ Evin rəsmi saytında xəbər verilib.

Donald Lu Azərbaycan üçün tanış simadır. O, bir müddət ABŞ-ın Bakıdakı səfirliyində müvəqqəti işlər vəkili kimi çalışıb. Amma Bakıda təkcə müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərməyib. Diplomat həm də Bakıdan və hakimiyyətdən ABŞ Dövlət Departamentinə “donoslar” yazıb. Onun yazdıqları isə “Wikileaks” saytında yayıldıqdan sonra Donald Lu Bakıda “arzuolunmaz” şəxs kimi qiymətləndirilib. Bakıdan sonra isə Albaniyaya səfir tətin olunub.

Lu rus, gürcü, Azərbaycan, urdu, hindi və qərbi Afrikanın krio dillərində sərbəst danışır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26