Interposta.Info

Donald Tramp: "Qanunsuz yolla ölkəyə heç kimi buraxmayacağıq"

Dünya
 3-12-2018, 22:39     502

"Əgər Demokratlar Partiyasından olan senatorlar da Konqresdə Meksika sərhədində qanunsuz miqrantların qarşısını almaq üçün divar inşasını dəstəkləsəydi, Birləşmiş Ştatlar milyardlarla dollar qənaət edə bilərdi".

Bunu ABŞ Prezidenti Donald Tramp “Twitter”dəki səhifəsində yazıb.

“Necə olursa-olsun, qanunsuz yolla ölkəyə heç kimi buraxmayacağıq! Lazım gəlsə, cənub sərhədini bağlayarıq. Narkotikləri də gətirməyə son qoyun!”, - dövlət başçısı qeyd edib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26