Interposta.Info

Donald Tramp: “Fransanı sevirəm”

Dünya
 9-12-2018, 09:24     482

“Paris razılaşması” Paris üçün heç də sərfəli deyil”.

Bunu ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Fransanın hər yerində etiraz və iğtişaş var. İnsanlar təbiəti qorumaq üçün üçüncü dünya dövlətlərinin yerinə böyük məbləğlər ödəmək istəmir. “Trampı istəyirik!” şüarlarını deyirlər. Fransanı sevirəm”, - deyə o vurğulayıb.

Qeyd edək ki, 2015-ci ildə BMT-nin ətraf mühitin qorunmasına dair “İqlim çərçivə sazişi” Parisdə elan olunub. Bu razılaşmaya ABŞ qoşulmayıb.

Xatırladaq ki, Fransada 2019-cu il yanvarın 1-dən benzinə tətbiq edilən vergini 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı noyabrın 17-dən “Sarı jiletlilər”in etiraz aksiyası keçirilir./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26