Interposta.Info

Donald Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb

Dünya
 7-12-2019, 13:31     366

ABŞ Prezidenti Donald Tramp Dünya Bankının Çinə kredit verməyi dayandırmalı olduğunu bildirib.

Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində məlumat yayıb. “Dünya Bankı nəyə görə Çinə kredit verməlidir? Çinin pulu çoxdur. Pul çatışmasa da, tapacaqlar. Bunu dayandırmaq lazımdır”, - ABŞ prezidenti belə yazıb.

Dekabrın 2-də ABŞ-ın Ticarət naziri Uilbur Ross Fox News telekanalına müsahibəsində dekabrın 15-nə qədər ticarət sazişi imzalanmasa, Donald Trampın Çindən idxal edilən bəzi məhsullara rüsumu artırmaq niyyətində olduğunu deyib./AZƏRTAC

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26