Donald Tramp: "ABŞ və Böyük Britaniya böyük ticarət sazişi imzalayacaq"

"ABŞ və Böyük Britaniya ticarət sazişinin imzalanması üzrə irəliləyir".
APA-nın “The Telegraph”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
“Düşünürəm ki, biz Böyük Britaniya ilə fantastik və böyük ticarət sazişi imzalayacağıq. Biz sürətlə irəliləyirik”, - deyə D. Tramp bildirib.
O qeyd edib ki, avqustun 14-də Böyük Britaniyanın Baş naziri Boris Consonla danışıb: “O və mən çox sıx bağlıyıq”.
D.Tramp Böyük Britaniyanın ABŞ-ın yaxın müttəfiqi olduğunu vurğulayıb: “Yaxın müttəfiqimiz haqda danışmaq istəmirəm, çünki bu, digərlərində paxıllıq hissi doğura bilər. Lakin sözsüz ki, Böyük Britaniya bizim yaxın müttəfiqlərimizdən biridir”.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26