Interposta.Info

Tramp Meyin istefasını şərh etdi

Dünya
 25-05-2019, 09:22     10 344

ABŞ prezidenti Donald Tramp Tereza Meyin Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verməyinə təəssüfləndiyini bildirib.

Bu barədə Oxu.Az “Politico”-ya istinadla xəbər verir.

“Mən Terezaya görə çox təəssüflənirəm, o, mənim çox xoşuma gəlir”, - deyə Tramp jurnalistlərə bildirib və əlavə edib ki, Mey gərgin işləyən yaxşı və güclü qadındır.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Tereza Mey dünən bəyan edib ki, Mühafizəkarlar Partiyasının lideri postundan iyunun 7-də istefa verəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26