Interposta.Info

Böyük Britaniyaya “Breksit” öncəsi şok - “Honda” adadakı zavodunu bağlayır

Dünya
 19-02-2019, 13:06     10 307

Yaponiyanın məşhur avtomobil sənaye şirkətlərindən “Honda” böyük Britaniyadakı zavodunun bağlayacağını bəyan edib.

BBC-dən verilən məlumata əsasən “Honda” ada dövlətinin cənub şərqindəki Suindon bölgəsindəki istehsal obyektini 2022-ci ildən sonra işlətməyəcəyini açıqlayıb.

Xəbər Böyük Britaniyanın siyasi və iqtisadi çevrələrində şok effekti yaradıb.

Hakim Mühafizəkarlar partiyasının deputatı Castin Tomlinson bunun nəticəsində zavodda çalışan 3 min 500 işçinin iş yerlərini itirəcəyini bildirib.

Baş nazir Tereza Mey isə “Honda”dan gələcək rəsmi açıqlamadan sonra məsələni dəyərləndirəcəklərini söyləyib.

Ölkənin öndə gələn həmkarlar ittifaqlarından “Unite”in təmsilçisi Des Kuin problemin “Breksit”dən qaynaqlandığını gizləyməyib:
“Böyük Britaniya son 20 ildə avtomobil sənayesinin istehsal sahəsinin mirvarisi sayılırdı. Lakin indi baş nazir Tereza Meyin mövqeyi sayəsində “Breksit” xaosu ölkə iqtisadiyyatını da geriyə atıb”, - deyə o bildirib.

Qeyd olunur ki, “Honda”nın Suindondakı zavodunda ildə 160 min “Honda Civic” markalı maşın istehsal olunur.

Avtomobillərin 90%-i isə məhz Avroa Birliyi və ABŞ bazarlarında satılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26