Interposta.Info

Avropa İttifaqından Böyük Britaniyaya “soyuq duş”:

Dünya
 28-04-2017, 17:56     483

interposta.info bildirir ki, Musavat.com “independent.co.uk” saytına istinadən xəbər verir ki, Avropa İttifaqı baş nazir Tereza Meyin “Breksit”lə bərabər ticarət əlaqələrini qurmaq barəsindəki təklifinə müsbət yanaşmır.

Tereza Mey Aİ-yə yazdığı məktubda bildirib ki, BB Avropa İttifaqı ilə iqtisadi və təhlükəsizlik məsələləri üzrə “dərin və xüsusi əməkdaşlıq” yaratmaq istəyir.

Avropa Ittifaqı prezidenti buna cavab olaraq “Gələcəyimizi müzakirə etmədən əvvəl, ilk öncə biz keçmişimizi arıtmalıyıq” deyib.
Donald Task bildirir ki, Böyük Britaniya Aİ ilə əlaqələrin qurulması haqqında danışıqlar qurmadan əvvəl “əhali, pul və İrlandiya” məsələsini həll etməlidir.

Avropa İttifaqı prezidenti deyib ki, BB-nin ilk öncə “60 milyard avro” ödəməli olduğunu vurğulayıb.

Task bildirib ki, danışıqlar ancaq o zaman başlaya bilər ki, əsas məsələlər barədə razılaşma əldə edilsin, yəni keçmişdəki problemlər həll edilməlidir ki, gələcək planlar qurulsun.

Belə bir açıqlama 27 Aİ üzv dövlətlərinin şənbə günü baş verəcək mitinqindən əvvəl gəldi.

Taskın nəzərdə tutduğu əsas məsələlər Aİ vətəndaşlarının sərbəst gəzməsi və yerləşimi, eyni zamanda Şimali İrlandiya və Aİ arasındakı sərhəddin gücləndirilməsi məsələlərdir.

Prezident bildirib ki, onun yanaşması hər hansı bir taktiki yanaşma deyil, əksinə, məsələnin daha da erkən həll olunması və boşanma danışıqlarının yekunlaşması üçündür.

Task Aİ liderlərinə məktub yazıb və onları Böyük Britaniya məsələsində bir olmağa dəvət edib, İrlandiya, əhalinin sərbəst hərəkəti və pul məsələlərinin həll edilməsinin lazım olduğunu nəzərə çatdırıb.

Almanya kansleri Ancela Merkel də danışıqlardan əvvəl BB-nin yerinə yetirməli olduğu məsələlər olduğunu deyib. “Breksit üçün masada olan məsələlər həll edilmədən BB və Aİ arasında danışıqlar ola bilməz” – Merkel deyib.

Kansler Britaniya hökumətini illüziyaya düşməməyə çağırıb. “Britaniya Aİ üçün üçüncü ölkə olacaq və bu o deməkdir ki, Böyük Britaniya Aİ ölkələri ilə eyni hüquqlara malik olmayacaq”,- Merkel bildirib.

BB baş naziri Tereza Mey boşanma danışıqları ilə paralel olaraq Aİ və BB arasında ticarət əlaqələrinin qurulmasına dəvət etmişdi. Lakin, görünən odur ki, Avropa liderləri tərəfindən bu qəbuledilməzdir.

Independent yazır ki, bir başqa soyuq su da BB hökumətinə Avropa Parlamentindən gəldi. Britaniya hökumətinin tək bazarda və gömrük birliyində qalmaq tələbini qəbul etmədi.

Gömrük postları və sərhəddəki yoxlama məntəqələrində potensial baryerlərin qoyulması da daxil olmaqla, İrlandiyanın gələcəyi haqqında gedən müzakirələr Belfastda hakimiyyət bölgüsünün dağılması ilə üst-üstə düşüb.

Martda keçirilən regional seçkilərə baxmayaraq, İrlandi milliyətçiləri və Aİ tərəfdarları yeni bir icra forması qurmaq barəsində razılığa gələ bilmədilər. Son tarix isə 29 İyundur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26